Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi prokurorluğunun dövlət maraqlarının qorunması şöbəsi tərəfindən erməni mətbuatında yayılan müdafiə nazirliyindəki pul vəsaitlərinin mənimsənilməsi faktı üzrə araşdırma aparılıb.
Araşdırma nəticəsində Ermənistan müdafiə nazirliyinin ehtiyacları üçün, o cümlədən pambıq köynəklər, isti alt paltarları, komuflyaj maykalar, yastıq, yastıq üzü və bu kimi digər əşya əmlakının satınalması zamanı cari ilin 22 iyun tarixində keçirilimiş müsabiqədə müraciətləri qeydə alan komissiyanın “Açıq müsabiqə” söz birləşməsi əvəzinə “Təcili açıq müsabiqə” qeyd etməklə, daha ucuz əmlak təklif edən birinci və ikinci müraciətçiləri rədd etdiyi müəyyən olunub.
Nəticədə 3-cü pillədə olan və 29 milyon dram baha qiymət təklif edən şirkət müsabiqənin qalibi hesab edilib. Dövlətə dəymiş maddi ziyanın həcminin müəyyən edilməsi üçün toplanmıış materiallar hərbi prokurorluğa göndərilib. İyunun 18-də müstəntiq cinayət işi qaldırılmasının rədd edilməsi barədə qərar qəbul edib. Lakin nəzarət orqanı olan Ermənistan mərkəzi hərbi prokurorluğunun prokuroru müstəntiqin qərarını rədd edərək, cinayət işi qaldırıb.
İlkin araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az