Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə helikoterin istehsalçısı olan Mil Helikopter fabrikindən bildirilib.
Məlumatda bildirilir ki, Mi-26 helikopterlərinin döyüş qabiliyyətlərinin yüksəldilməsi və bu helikopterlərə daha öncə əlavə edilmiş müdafiə vasitələrinin müsbət nəticə verməsindən dolayı Rusiya MN Mi-26-nın Vitebsk müdafiə vasitələri ilə də təchiz olunmasına qərar verib.
2017-ci ildə aparılan işlər nəticəsində Vitebsk müdafiə əlavələri helikopterlərə quraşdırılıb və bundan sonra helikopterlər Dövlət Uçuş Sınağı Mərkəzinə təhvil verilib.
Ağalar Ağalarlı
Ordu.az