Uçuş nəzarət sistemlərinin ümumi bazar ölçüsü 5 faiz yüksəlib

2018/06/received_2578290325730453_1530117102.jpeg
Oxunub: 3556     00:32     28 İyun 2018    
Hərbi Sənayedə önəmli artım dinamikasına sahib olan məhsullardan biri də uçuş nəzarət sistemləri olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “İndustry Today”in 2017-2018-ci illər üçün apardığı bazar araşdırmasında qeyd olunub.

Araşdırmanın nəticələrinə əsasən əsas liderlərin “Honeywell”, “United Technologies”, “Thales”, “Elbit Systems” və “L-3 Communications” şirkətlərinin olduğu uçuş nəzarət sistemləri bazarı son bir il ərində 5 faiz genişlənib.

Sistemin əsas alıcılarının ABŞ, Kanada və digər NATO üzvləri olduğu bildirilib.

Qeyd edək ki, bu sistemlər əsasən hərbi məqsədli uçuşlara nəzarətdə istifadə olunur və təhlükə anlarında sistem təyyarənin minimum problemlə vəziyyətdən çıxmasına imkan verir

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Industry-Today   Uçuşa-nəzarət-sistemləri  


Bizi "telegram"da izləyin