NATO yeni hava gücü strategiyasını qəbul edib

2018/06/received_2578263509066468_1530114359.jpeg
Oxunub: 3539     23:40     27 İyun 2018    
NATO özünün müdafiə imkanlarına çeviklik qazandırması planlaşdırılan yeni Ortaq Hava Gücü (OHG) strategiyasını təqdim edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, yeni strategiya tutarlı hərbi imkan təmin etmək üçün OHG-yə balanslaşdırılmış və innovativ yanaşma nəzərdə tutur.

“Soyuq Müharibənin bitməsindən etibarən ilk dəfədir ki, alyans əsas rəqib dövlətlərə qarşı hər an əməliyyat həyata keçirmə məcburiyyətində qala bilər. Nəticə etibarilə gələcək əməliyyat mühiti zamanı havada üstün olmaq çox önəmlidir”, - deyə sənəddə qeyd olunub.

Bununla əlaqədar strategiya NATO-nun kiber və kosmos mərkəzli imkanlarının artırılmasının əhəmiyyətinə toxunulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Soyuq-Müharibə  


Bizi "telegram"da izləyin