Britaniya Ukraynaya 42,6 milyonluq humanitar yardım edəcək

2018/06/received_2578294865729999_1530112794.jpeg
Oxunub: 2079     23:21     27 İyun 2018    
Böyük Britaniya Donbasdakı problemlərin aradan qaldırılması üçün Ukrayna hökumətinə humanitar yardım paketi ayırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson bildirib.

O qeyd edib ki, ümumi dəyəri 42,6 milyon dollar olan humanitar yardım paketi bir neçə məqsədi özündə əhatə edəcək.

“Böyük Britaniyanın bu addımı Donbasın bir çox yaşayış məntəqələrinin minalardan təmizlənməsinə və ərazidəki mülki vətəndaşların müharibə bölgələrindən uzaqda yerləşdirilməsinə kömək edəcək. Eyni zamanda təhlükəli şəraitdə fəaliyyət göstərən 60-a qədər universitetin də bölgədən çıxarılmasına şərait yaradacaq”, -deyə nazir qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin