Stoltenberq Paraşenkonu NATO sammitinə dəvət edib

2018/06/45645_1530105526.jpg
Oxunub: 1596     21:21     27 İyun 2018    
NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidentini gələn ay Brüsseldə baş tutacaq sammitə dəvət edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sammitin əsas mövzuları Əfqanıstanda sülh missiyalarının təmin edilməsi, Suriya problemi və Avro-Atlantik inteqrasiya planlarının hazırlanması olacaq.

Dəvətlə bağlı rəsmi Ukrayna Prezident Administrasiyasından verilən bəyanatda qeyd olunub ki, tərəflər arasında ötən gün telefon danışığı baş tutub.

“NATO Baş katibi Ukraynadakı problemlərin müzakirə edilməsi və Ukraynanın alyansa üzvlük tələbinə baxılması üçün prezident Petro Paraşenkonu sammitə dəvət edib”, - deyə verilən bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO  


Bizi "telegram"da izləyin