Trampın nəhəng filotiliya planı Sİ olmadan mümkünsüzdür

2018/06/456456_1530100880.jpg
Oxunub: 4483     19:59     27 İyun 2018    
ABŞ Donanmanın texniki təchizatını yüksəltmək istəyirsə yüksək texnologiyaların tətbiqini genişləndirməlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Donanmasının rəhbəri Ceyms bildirib.

O qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizliklə bağlı planlarında yer alan 355 döyüş gəmisindən ibarət nəhəng və müasir donanma layihəsi hazırki şərtlər altında mümkünsüzdür.

“Bunun həyata keçirilməsinin qarşısındakı ən ciddi maneə maliyyə problemləridir. Əgər hökumət bu problemləri aradan qaldırmaq istəyirsə onda donanma daxilində süni intellekt başda olmaqla istehsal və hərbi məqsədli yüksək texnologiyalardan istifadəni təşviq edəcək addımlar atmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Donald Trampın ABŞ-ın milli təhlükəsizliyi üzrə qəbul edilən strateji planında 2032-ci ilə kimi donanmadakı döyüş gəmilərinin sayının 355-ə çıxarılması ilə bağlı bənd də yer alırdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


Bizi "telegram"da izləyin