Həmsədrlər Minskdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

2018/06/00002-1530097441_1530100082.jpg
Oxunub: 1792     19:49     27 İyun 2018    
Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Ordu.az "Belta"ya istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər və münaqişə zonasında vəziyyət barədə naziri məlumatlandırıblar.

Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mümkün töhfəsi müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həməsdrləri səfər çərçivəsində həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Minsk   Qarabağ  


Bizi "telegram"da izləyin