ABŞ hərbçiləri bir çox silahların istifadəsi üzrə təlimlər alacaq

2018/06/887ad4a7-6642-496f-b72e-d32a45e0e595_1530098578.jpg
Oxunub: 2165     19:20     27 İyun 2018    
ABŞ Quru Qoşunlar daxilindəki çox sayda hərbçiyə piyada döyüş vasitələrinin istifadəsi üzrə təlimlər keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, istifadə olunacaq silahlar içərisində əsas rol M4 tüfəngləri, M240 pumemyotları, M249 avtomat silahlarına məxsus olacaq

Məsələ ilə bağlı açıqlama verən ABŞ Ordusu Daxilində Piyadaların Hərbi hazırlığı mərkəzinin komandiri Taunli Hedrik bildirib ki, təlimlər 2019-cu ilin payızına kimi davam edəcək.

“Təlimlər əsasən quru qoşunları daxilindəki hərbçilərin piyada silahları rəftarını daha da effektiv etmək məqsədi daşısa da, onlara eyni zamanda unikallığın artırılması məqsədi ilə 14-22 həftəlik pilotluq dərsləri də keçiləcək”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təlim  


Bizi "telegram"da izləyin