Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, geniş miqyaslı əməliyyatlar bu gün səhər saatlarından başlanılıb.
İraqın Diyala bölgəsinin Hamrin şəhərində keçirilən əməliyyatların başlıca məqsədi ötən həftə terrorçular tərəfindən girov götürülən 6 mülki vətəndaşı azad etməkdir.
Əməliyyatlara rəhbərlik edən ordu generalı Məzhər Əl-Əzzavi bildirib ki, əməliyyatlar nəticəsində İŞİD terrorçuları ciddi itkilər versə də, hələlik girovluqda olanları azad etmək mümkün olmayb.
Əməliyyatların qarşıdakı bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az