Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən bildirilib.
Verilən məlumatda qeyd olunub ki, əməliyyatlar zamanı ordu əsasən ağır artilleriyadan və zirehli döyüş maşınlarından istifadə edir, eyni zamanda havadan Rusiya HHQ-nin dəstəyini alır.
Əməliyyatlar nəticəsində bölgədəki 40-dan çox şəhər və qəsəbə terrorçulardan azad edilib.
Qeyd edək ki, son günlərdə bölgədə nəzarəti əlində saxlayan İŞİD terorçularının mövqeyi ciddi şəkildə sarsılıb.
Dəyanət Ağalarlı
Ordu.az