“Lockheed” daha bir qırıcının prototipinin təqdim edib

2018/06/Без-названия_1530093856.jpg
Oxunub: 4121     18:08     27 İyun 2018    
Şirkət ən müasir standartlara cavab verən yeni XP-80 döyüş təyyarəsəninin rəsmi təqdimatını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə şirkətin Hərbi Təyyarələrin İstehsalı Bölməsinin 75 illiyi münasibətilə istehsal olunub.

Ötən gün rəsmi təqdimatı edilən təyyarə öz sinfinin qabaqcıl nümayəndələrindən olacaq.

Belə ki, qanadlı təyyarə iti manevr qabiliyyətinə və saatda 2000 km sürətlə uçuş həyata keçirmə qabiliyyətinə sahibdir. Qırıcı tam yanacaqla uçuşa başladığı zaman 2 saata qədər havada qala bilir.

Qeyd edək ki, təyyarəyə bir çox mina araşdırma sistemləri və raket başlıqlarının da inteqrasiyası mümkündür.

Prototipi təqdim edilən qanadlı qırıcının geniş miqyaslı istehsalına gələn ildən başlanılacağı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   Təyyarə   Prototip  


Bizi "telegram"da izləyin