Rusiya öz təhlkəsizliyinin təmin edilməsi üçün hər cür tədbirləri alır

2018/06/1065801339_1530092972.jpg
Oxunub: 3882     17:54     27 İyun 2018    
Moskva NATO təlimləri zamanı havadan sərhədlərinin pozulması təhdidlərinə qarşı hər cür tədbirləri almaqdadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Xarici İşlər naziri Aleksandr Qruşko bildirib.

O qeyd edib ki, NATO-nun Baltik dənizində həyata keçirdiyi təlimlər zamanı Rusiya sərhədi dəfələrlə ciddi şəkildə pozulub.

“Biz buna qarşı hər bir tədbiri alırıq. İstər hərbi yolla, istər siyasi yolla. Artıq qarşı tərəfə xəbərdarlıq edilib. Sərhədlərimiz pozulduğu anda Rusiya qırıcıları da lazımi cavabı qarşı tərəfə verir”, - deyə nazir bildirib.

Qeyd edək ki, daha öncə NATO-dan məsələ ilə bağlı rəsmi açıqlama gəlmiş və alyans da gərginliyin yaranmasında Rusiyanı günahkar elan etmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Gərginlik  


Bizi "telegram"da izləyin