Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki nazir baş tutan danışıqların açıq və səmimi keçdiyini bildiriblər.
Onlar Cənubi Çin dənizi və ticarət sahəsində artan Çin-ABŞ gərginliyinə baxmayaraq nikbin ifadələr səsləndiriblər.
“Mən burda olma səbəbim ABŞ ordusu ilə Xalq Azadlıq Ordusu arasında əlaqələrə böyük önəm verməyimizdir. Ordular arasındakı əlaqə hər iki ölkənin daha geniş əlaqələr qurması üçün də önəmlidir”, - deyə Mettis bəyan edib.
Öz növbəsində Çinin Müdafiə naziri Mettisin Çinə səfərini iki dövlətin orduları və hökumətləri arasında daha yaxşı əlaqələrin qurulması baxımından müsbət faktor olduğunu bildirib.
2014-cü ildən keçən müddət ərzində Çinə ilk dəfə səfər etmiş Pentaqon rəhbəri olan Mettis görüşün sonunda Vey Fenqeni ABŞ-a dəvət edib.
Ağalar Ağalarlı
Ordu.az