Ağ Ev Münbic yol xəritəsinə dair açıqlama verib

2018/06/251584851425145145214_1530084792.jpg
Oxunub: 2390     15:33     27 İyun 2018    
Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Makqurk Türkiyə ilə ABŞ arasında razılaşdırılmış Münbic yol xəritəsi ilə əlaqədar açıqlama verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Makqurk bölgədə gərginliyi azaltmaq məqsədilə görülən tədbirləri təqdir etdiyini bildirib.

“NATO müttəfiqimiz və koalisiya ortağımız Türkiyə ilə birlikdə bölgədə və xüsusilə Münbic ətrafında gərginliyi azaltmaq üçün görülən işi təqdir edirəm”, - deyə nümayəndə qeyd edib.

O, Türkiyə ilə ABŞ-ın Münbic mərkəzli əməkdaşlığının uğurlu olduğunu bəyan edib. Eyni zamanda iki ölkə arasında ümumilikdə Suriyadakı əməkdaşlığın son dövrdə faydalı istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Münbic  


Bizi "telegram"da izləyin