Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, donanmanın komandiri admiral Um Hyun-seonq 10 günlük səfərə çıxacaq. O səfəri zamanı Türkiyə, İndoneziya və Vyetnamda olacaq.
Admiralın həmin ölkələrdə öz həmkarları, müdafiə nazirləri və digər rəsmilərlə görüşməsi və müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmə yollarını müzakirə etməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az