Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis bəyan edib.
Çin, Cənubi Koreya və Yaponiyanı əhatə edəcək səfər turunda olan Mettis nüvəsizləşdirmə üzrə səylərin davam etməsinə baxmayaraq, bu təhdidin hələ də mövcud olduğunu vurğulayıb.
“Bu imkanlar hələ də mövcuddur və təbii ki, bunu çox, çox ciddiyə alırıq. Lakin yaxın günlərdə və həftələrdə diplomatlarımızın səyləri ilə ciddi uğurların əldə ediləcəyinə ümidimiz var”, - deyə Mettis əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az