Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Banqladeş rəsmiləri bu layihənin heç bir məqsəd daşımadığını və ondan Banqladeşin daha çox faydalanacağını bildiriblər.
Son dövrlərdə Çinin Hind okeanı ətrafı ölkələrilə əməkdaşlığının və birgə layihələrinin məqsədləri barəsində bir sıra iddialar irəli sürülür.
Bunlara Pakistanın Quadar, Şri Lankada Hambantota və indi də Banqladeşdə Çittaqonq limanının tikintisi ilə bağlı limanları aid etmək olar. Bir çoxları bu limanların hərbi məqsəd daşıdığını və gələcəkdə Çinin bölgədə mövqeyini möhkəmləndirməyə xidmət edəcəyini iddia etsələr də, Çin bunları təkzib edir.
Ağalar Ağalarlı
Ordu.az