Hərbi paradda “Polonez”lərə BAXIŞ

2018/06/3_3060002542.jpg
Oxunub: 3891     16:13     26 İyun 2018    
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilən texnikalardan biri də “Polonez” YARS-larıdır.

Ordu.az Sizə, istər “Polonez”lərin alınmasından öncə, istərsə də ordumuzun silahlanmasına qəbulundan sonra, bu sistem barədə yetərincə analiz, araşdırma və ekspert rəyləri təqdim edib. Bu yazıda biz sistemlərin yaradılma səbəbləri və taktiki-texniki xüsusiyyətlərinə qısa baxış edəcəyik.

2016-cı ildə Aprel döyüşlərindən sonra, Ermənistan rəhbərliyi öz lokal məğlubiyyətinin səbəbini strateji müttəfiqi olan Rusiyanın üzərinə yıxmağa çalışdı. Moskvanı Azərbaycanı silahlandırmaqda günahlandırmağa başladılar. Ermənistanda olan Qərb ölkələrinin əlaltıları öz mətbuat orqanlarında Rusiyaya qarşı təbliğatı kəskinləşdirdilər. Azərbaycan cəmiyyəti isə öz qüvvələrinə inam hissi əldə edərək hökumətimizdən Ermənistana hərbi təyziqi gücləndirməyi tələb etməyə başladı.


Rusiya Ermənistan cəmiyyətinə Qərblə separatçı danışıqların hansı riskə malik olduğunu hiss etdirəndən sonra, yenidən öz “qardaşlığı”nı göstərmək qərarına gəldi. Bu məqsədlə Ermənistan ordusuna “İsgəndər-E” operativ-taktiki raket sistemi verildi.

Belarusun “İskəndər-M” raketlərini almaq təklifinə isə Rusiya müəyyən səbəblərdən mənfi cavab verirdi. Nəticədə, məlum geostrateji səbəblərdən müdafiə konsepsiyasını dəyişməyə başlayan Belarus, Rusiya Federasiyasından asılılığı azaltmağa və öz hərbi-sənaye kompleksini gücləndirməyə başladı. “İsgəndər” operativ taktiki raket komplekslərini “slavyan qardaşlarından” ala bilməyən Aleksandr Lukaşenkonun tapşırığı ilə, cəmi 3 il ərzində, 2016-cı ilin avqustun 19-da ilk "Polonez" Belarus Ordusunun silahlanmasına qəbul edildi. Minskin 93 km cənub-şərqində yerləşən Osipoviçidəki 336-cı reaktiv artilleriya briqadasının 77-ci əlahiddə reaktiv artilleriya divizionu bu kompleksin ilk sahibi olmaq qurunu yaşadı.

Beləliklə, Belarus mətbuatı “İsgəndər”ə cavab olaraq yaradılan “Polonez” sistemlərinin təbliğatına başladı. Azərbaycanın bəzi müstəqil hərbyönlü mətbuatı Belarus hökuməti ilə Azərbaycan hökumətinin yaxın hərbi-texniki və maliyyə əlaqələrinə istinad edərək, bu silahın bizdə olacağına özlərini və auditoriyalarını inandırmağa başladılar. İlk baxışdan belə bir qərar məntiqli olardı və oldu da…

Belarus hərbi kompleksi həqiqətən də çox geniş maddi imkanlara sahib olmadan ciddi bir kompleks yarada bildi. İlk yaylım atəşli sınaqda hədəfdən yayınma 1.5 metr, ikincidə isə 10 metrdən az idi! Bu isə ideal bir nəticə demək idi. Yeri gəlmişkən deyim ki, sınaqlar səhralıq ərazilərdə deyil, Belarusun əhalisinin sıx məskunlaşdığı ərazilərində keçirilirdi. İlk sınaqların belə bir ərazidə keçirilməsi kompleksin nə qədər iddialı olmasından irəli gəlir.


Klassifikasiyasına görə, bu sistem operativ-taktiki raket sistemi deyil, uzaq mənzilli Yaylım Reaktiv Atəş Sistemidir. “Polonez” raket kompleksi, Çin Hərbi sənaye kompleksinin “Birinci Akademiya” adı ilə tanınan CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin buraxıcı qurğu üzərində konteynerlərdə yerləşmiş, 301 millimetr kalibrli А-200 (raket dairəvi və yer bucağı üzrə hərəkət edən paket üzərində yerləşdirilib) YARS-ının dörd oxlu 8х8 formullu, МZKT-7930 “Astroloq” (25 tona qədər yükgötürmə qabiliyyətli) yüksək keçim qabiliyyətli şassilərinə yerləşdirilib. OTRK bazası qismində də, eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

“Polonez” sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. Sistemin 301 mm-lik (bu raketlər Rusiya istehsalı RYAS “Smerç”in kalibridir) M 20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş başlığının çəkisi 150 kiloqrama qədərdir. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir “Polonez” düşmənin taktiki dərinliyində 50 saniyə ərzində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.


“Polonez”də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu YARS-ın yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M 20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsinin 280-300 km-ə qədər artmasına yardımçı olub. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun (TNT) ekvivalentinə bərabərdir.

Kombinə olunmuş idarəetmə sisteminə (peyk naviqasiya siqnalları ilə korreksiya olunan inersial yönəltmə sistemi) malik ayrılan döyüş başlığı üçtipli partlayıcı ilə təhciz olunur. Bütün kvaziballistik trayektoriyada uçan mərmilər kimi, bu mərmilərdə də tətbiq olunan inersial naviqasiya sisteminin dəqiqliyi çox şərti (həmçinin “İsgəndər”də olduğu kimi) olur. Bu məqsədlə inersial sistemə kömək olaraq GPS (“Polonez” və “İsgəndər”də isə GLONASS) naviqasiya sistemləri də əlavə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polonez   Hərbi-parad  


Bizi "telegram"da izləyin