Erməni kəşfiyyatçı: "Qriqoryan yaxşı komandir olmayıb"

2018/06/5_1529933535.jpg
Oxunub: 1950     21:48     25 İyun 2018    
"Manvel Qriqoryandan xilas olmaq lazımdır, lakin vacib olan "Yerkrapah" təşkilatının bağlanmamasıdır".

Ordu.az 1in.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin yaradıcı komandiri Vova Vartanov bildirib.

O qeyd edib ki, təşkilatın fəaliyyətinin dayandırılması prespektivsiz bir addım ola bilər.

"MTX göstərdiyi video kadrlara görə olan "Yerkrapah"ı bağlamaq yox, sənin üzünə tüpürüm deməklə kifayətlənmək lazımdır. Manvel Eçmiədzin şəhərinin feodallarından biri olub. Ölkə üçün ciddi problemlər yaradıb, döyüş sahəsində o qədər də yaxşı komandir olmayıb. O, "Yerkrapah"ın fəaliyyətinə də mane olurdu, onunla heç kim təmas qurmaq istəmirdi", - deyə Vartanov qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Vartanov   Qriqoryan  


Bizi "telegram"da izləyin