Tovuzda SQ-nin ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

2018/06/4_6118672752.jpg
Oxunub: 3996     19:48     22 İyun 2018    
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə Tovuzda təntənəli tədbir keçirilib.

Ordu.az xəbər verir ki, rayonda yerləşən "N" saylı Hərbi Hissənin zabit, gizir, əsgər heyəti Qəhrəmanlar parkından rayon mərkəzinə doğru təntənəli yürüş ediblər.

Parad iştirakçıları üç rəngli Azərbaycan bayrağını, hərbi orkestrın müşayəti ilə rayon mərkəzinə gətiriblər. Çıxışlarda AXC dövründə yaradılan Silahlı Qüvvələrin bu günədək keçdiyi inkişaf yolundan, ümumilli lider Heydər Əliyevin ordu quruculuğundan, keçmişdə bolşeviklərə qarşı, hazırda isə erməni qəsbkarlarına qarşı apardığı mübarizədən söz açılıb.

Bildirilib ki, bu gün ordunun təkmilləşdirilməsi, inkişafı, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə uğurla davam etdirilir.

Tədbirdə balacaların iştirakı ilə də parad keçirilib. Tədbir incəsənət nümayəndələrinin çıxışları və rəngarən vətəpərvər musiqi, rəqslərlə davam edib.










Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz   SQ   Tədbir  


Bizi "telegram"da izləyin