Cinayət törətmiş erməni zabit orduda xidmətini davam etdirir

2018/06/565456_1528359302.jpg
Oxunub: 2578     16:13     07 İyun 2018    
Ermənistan ordusunun bölmələrindən birində növbəti qalmaqallı hadisə baş verib.

Ordu.az xəbər verir ki, işğal altında olan Ağdərə ərazisində yerləşdirilən hərbi hissədə xidmət edən leytenant Masis Muradyan və gizir Narek Aslanyan vəzifə səlahiyyətlərini aşdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunublar.

Araşdırma zamanı maraqlı bir fakt da ortaya çıxıb. Belə ki, hərbi polisin sorğusuna cavab gəldikdən sonra leytenant M. Muradyanın əvvəllər də məhkum olunduğu məlum olub.

İstintaq davam edir. Leytenant M.Muradyanın bu faktı gizlətməsi və cinayətkarın zabit kimi hərbi xidmətə necə çağırılması məsələsi də araşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin