Ermənistan qondarma qurumda "dəyişikliklər" edib

2018/06/45654_1528352859.jpg
Oxunub: 1910     14:25     07 İyun 2018    
Xankəndində başlayan etirazlardan sonra Ermənistan qondarma qurum daxilində bir sıra dəyişikliklər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda "dövlət naziri" hesab edilən (keçmiş idarəetmə sistemində "baş nazir"-red) Arayik Harutyunyan işdən azad edilib və onun yerinə "maliyyə naziri" vəzifəsindən azad edilən Qriqor Martirosyan təyin edilib.

Artur Harutyunyan isə "maliyyə naziri" vəzifəsinə təyin edilib.

General-leytenant Arşavir Qaramyan "təhlükəsizlik xidməti rəisi" vəzifəsindən azad edilib və bu "vəzifəyə" polkovnik Samvel Şahramanyan təyin edilib.

Polkovnik Qaqik Sarkisyan da "təhlükəsizlik xidməti rəisinin müavini- dövlət mühafizəsi baş idarəsi rəisi" vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Məlumata görə, Qaramyanın oğlu Vardan Qaramyan və daha 3 nəfərə (Mxitar Musayelyan, Serqey Musayelyan, Qurqen Hayrapetyan) qarşı ittiham irəli sürülüb. İyunun 5-də adları qeyd olunan şəxslər həbs edilib.

Digər bir məlumata görə, general-mayor Kamo Ağacanyan "polis rəisi" vəzifəsindən azad edilib və bu vəzifəyə polkovnik İqor Qriqoryan təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin