Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Kanadanın Ontario ştatının qanunverici məclisinin və Ontario parlamentariləri assosasiyasının keçmiş sədri Delvid Uorner Qarabağa qanunsuz səfər edib.
Xatırladaq ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az