Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 3-də saat 11:00 radələrində İrəvandakı mərkəzi hərbi hospitala döyülərək, bədən xəsarətləri almış 25 yaşlı şəxsin qəbul olunduğu barədə polisə məlumat daxil olub.
Aparılan araşdırma zamanı mərkəzi hərbi hospitala daxil olan 25 yaşlı H. Harutyun adlı şəxsin işğal altında olan Qarabağdakı hərbi hissələrdən birində xidmət etdiyi və hərbi qulluqçu olduğu məlum olub.
Onun İrəvandakı “VV” adlı klub yaxınlığında naməlum şəxslər tərəfindən döyüldüyü və qapalı kəllə beyin travması aldığı məlum olub.
Hadisənin tam araşdırılması üçün istintaq tədbirləri davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az