Britaniya HHQ üçün hazırlanan qəza əleyhinə texnologiya adekvat deyil

2018/06/345345_1528116036.jpg
Oxunub: 3327     01:12     05 İyun 2018    
“Birləşmiş Krallıq Hərbi Hava qüvvələri üçün ərsəyə gətirilmiş qəza əleyhinə sistemlər qeyri-adekvatdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı parlament üzvü Duqlas Ross öz narahatlığını ifadə edib.

Onun sözlərinə görə, sözügedən sistem real zaman çərçivəsində səmada digər təyyarənin mövqesinə dair informasiyanı təmin edə bilməyəcək. O, həm də müəyyən növ missiyalarda faydasız olacaq.

Rossun bu bəyanatına dəstək verən HHQ-nin mühəndisi Cimmi Cons Müdafiə Nazirliyinin bu məsələyə yanşamasını tənqid edib. O, bu yanaşma ilə 2012-ci ildə Moray Firsdə baş verən qəzaya bənzə qəzaların yenidən təkrarlanacağını iddia edib.

Xatırladaq ki, həmin hadisədə iki “Tornado” qırıcı təyyarəsinin qəzaya uğraması ilə 3 nəfər həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HHQ   Texnologiya  


Bizi "telegram"da izləyin