Düşmən Qarabağda C4ISR adlı müasir kəşfiyyat sistemi qurub

2018/06/54345345_1528110265.png
Oxunub: 4359     18:54     04 İyun 2018    
Düşmən həftə ərzində bir sıra təxribat xaraketrli tədbirlər həyata keçirib.

Ordu.az "Qoyamart" hərbi verilişinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağın şimal istiqamətində Ermənistan SQ-nin hərbi birləşmələrdən biri cəlb olunmaqla polkovnik Artur Harutyunyanın rəhbərliyi ilə Ağdamın Uzundərə adlanan ərazisində bölüyün döyüş atışlı taktiki nümayiş hərbi təlimlərini keçirib.

İyunun 2-də Qarabağda işğalçı ordunun hərbi şurasını keçirdiyi növbəti iclası zamanı, ön xəttdə mühəndis istehkam işlərinin gedişatı, döyüş növbətçiliyinin təşkili və aparılması müzakirə olunub.

Məlumata görə, Ermənistan bütün təmas xəttini müəyyən bir dərinlikdən müşahidə etməyə imkan verən C4ISR adlı müasir kəşfiyyat sistemi qurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   C4ISR   Ermənistan  


Bizi "telegram"da izləyin