Qarabağda xüsusi təyinatlılarla yerli ermənilər arasında dava - VİDEO

2018/06/1528050282-5388_1528101724.jpeg
Oxunub: 1758     16:24     04 İyun 2018    
Qarabağda xüsusi təyinatlılarla yerli ermənilər arasındakı davanın video görüntüsü yayılıb.

Daha öncə xəbər verdiyimiz kimi, iki gün öncə yanacaq doldurma məntəqələrindən birində işğal altında olan Qarabağdakı yerli ermənilərlə təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları arasında münaqişə olub. Münaqişə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə bir neçə nəfər xəstəxanaya təxliyyə olunub, dava iştirakçısı 15 nəfər saxlanılıb. Döyülənlərin yaxınları və dostları Xankəndi şəhərində etiraz aksiyası təşkil edərək, mərkəzi küçələrdən birini bağlayıblar.

Aksiya iştirakçıları təhlükəsilik xidməti və polis rəhbərliyinin istefasını tələb ediblər.

Ordu.az xüsusi təyinatlılarla yerli ermənilər arasındakı davanın video görüntüsünü təqdim edir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin