Ordu.az xəbər verir ki, ön xətt bölmələrindən birində növbə çəkərkən xidmət yerini özbaşına tərk edən əsgər əslən Ermənistanın Ararat vilayətindəndir.
Məlumatda deyilir ki, bir gün sonra tutulub hərbi hissəyə gətirilən əsgərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə komandanlıq hərbi polisə məktub göndərib.
Postu atıb qaçan əsgər Qriqor Chitchyan izahatında buna səbəb olaraq, Qarabağdan olan ermənilər tərəfindən incidilməsi və alçaldılmasını göstərib.
Əsgərin izahatına əsasən araşdırma aparılır və hadisədə iştirak edən başqa hərbi qulluqçuların da məsuliyyətə cəlb ediləcəyi istisna edilmir.
İstintaq davam edir.
Ordu.az