Ordu.az xəbər verir ki, iyunun 3-də axşam saat 18.30-radələrində ön xətt bölmələrindən birində erməni əsgərin meyiti aşkar edilib.
Hədisənin gizlədilməsinə və rəsmi açıqlama verilməsinə baxmayaraq, əsgərin ölüsünün aparıldığı xəstəxanadan adının çıkilməsini istəməyən əməkdaş bildirib ki, əsgərin cəsədi axşam saatlarında təcili yardım maşını ilə daxil olub, tibbi ekspertizadan keçirilib və odlu silahla atəşdən öldüyü məlum olub.
Naməlum şəkildə ölən və cəsədi səngərdə aşkar edilən hərbi qulluqçunun, 5-ci dağ atıcı alayın əsgəri Vrej Malyamik olduğu məlumdur.
Hadisə ilə bağlı xidməti araşdırma aparılır, hələlik cinayət işi açılmayıb.
Alpər Mövludoğlu
Ordu.az