Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdərə hospitalı rəisinin verdiyi məlumata görə sanitar maşının sürücüləri Armen Şahverdyan və Armen Qnunyan əlbir olaraq aşpaz Marat Gazaryan və Qaqik Xaruntsunu yaxşıca əzişdiriblər.
Hərbi polisdən nümayəndə gəldikdən sonra davaya son qoyulub. Xəsarət alanlara tibbi yardım göstərilib, dava iştirakçılarının və şahidlərin izahatları alınıb.
On sutka müddətinə hauptvaxta salınan hər iki sürücü barəsində xidməti araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az