"Oksford"un sabiq əlaqələndiricisi: "Düşünürəm ki, Paşinyan və Əliyev mümkün qədər tez görüşməlidir"

2018/06/received_2552687684957384_1527952135.jpeg
Oxunub: 2994     23:09     02 İyun 2018    
"Düşünürəm ki, Əliyev və Əliyev mümkün qədər tez görüşməlidir. Lakin bu görüş xəyal qırıqlığını önləmək üçün yaxşı hazırlanmalıdır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa siyasəti mərkəzinin məsləhət şurasının üzvü, Britaniyanın LİNKS tədqiqatlar mərkəzinin icraçı direktoru, Oksford universitetinin OxGAPS-ın sabiq əlaqələndiricisi Denis Semut Dağlıq Qarabağ münaqişəsi zonasında hökm sürən indiki vəziyyət və Ermənistanda yeni seçilmiş hakimiyyətin yanaşmalarına toxunarkən bildirib.

Semut bildirib ki, hər iki tərəfi danışıqlara ciddi cəlb olunarsa, müharibə təhlükəsi də azalacaq.

"Biz hələ prosesin ən ilkin mərhələsindəyik. Qarabağ münaqişəsinin hər iki tərəfi danışıqlara ciddi cəlb olunarsa, müharibə təhlükəsi azalacaq və sülh perspektivləri genişlənəcək. Düşünürəm ki, Paşinyan və Əliyev mümkün qədər tez görüşməlidir. Lakin bu görüş xəyal qırıqlığını önləmək üçün yaxşı hazırlanmalıdır", - deyə ingilis politoloq qeyd edib.

Jurnalistin "Paşinyanın qələbəsindən sonra, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında maraqları nədir?" sualına bu şəkildə cavab verib: "Mən düşünmürəm ki, hazırda heç kimin şübhəsi yoxdur ki, Rusiya Cənubi Qafqazdakı hegemon mövqeyini və ya ən azı imtiyazlı mövqeyini saxlamaq istəyir. Uzun illər Rusiya Qarabağı bu strategiyada bir vasitə kimi istifadə edib. Rusiya Paşinyanın qələbəsindən heç bir şey qazanmadı. Hazırda onun strategiyası, heç olmasa bundan sonra heç bir şeyi itirməməyə cəhd etməkdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İlham-Əliyev   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin