Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvan mətbuat klubunun prezidenti Boris Navasardyan bildirib.
Onun sözlərinə görə, 20 il sonra Ermənistanın Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan bir lideri olsa da, Qarabağ məsələsində əsaslı dəyişikliklər baş verə bilməz.
"Nikol Paşinyanın Dağlıq Qarabağ və onun nümayəndələrinin danışıqlar prosesinin bir hissəsi olmasına dair verdiyi açıqlamasında heç bir keyfiyyət dəyişikliyi yoxdur. Çünki bu bəyanatdan sonra danışıqlar dayandırılacaq demək doğru olmazdı. Müzakirələr davam etdiriləcək və erməni icmasının nümayəndələrinin iştirakının tam olmadığını bəyan etmənin nə dərəcədə əsaslandırılmasından asılı olmayaraq, bunlar mənasızdır", - deyə o bildirib.
Navasardyan danışıqlar prosesində böyük dəyişikliklər gözləmədiyini də bildirib: "Eyni gündəm Nikol Paşinyanın baş nazir olmağından öncə də var idi. Bu, bugünkü nisbi sabitliyin və sükunətin qorunub saxlanılmasından asılı olmayaraq, çox vacibdir.
Burada, məncə, üçüncü tərəflərin mövqeyinin, əsasən də hər şeydən əvvəl Rusiyanın əhəmiyyəti vurğulanmalıdır. Yaxşı bilirik ki, Rusiyanın mövqeyi olmadan, Azərbaycanla və Ermənistan arasında ciddi hərbi əməliyyatlar ola bilməz".
Alpər Mövludoğlu
Ordu.az