İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun hərbi qulluqçuları xidmət yerindən qaçaraq İrəvanda keçirilən “Paşinyan inqilabına” dəstək məqsədilə yürüşlərə qoşulduqlarına görə istintaqa cəlb olunub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı açılan cinayət işinin istintaqını aparan hərbi qarnizon müstəntiqi Ardak Xaçatryan onlarla hərbi qulluqçunun Hadrut hərbi prokurorluğuna gəlmələri ilə əlaqədar hərbi hissələrə məktublar göndərib.
Məlumatda bildirilir ki, təkcə bir sorğu məktubunda 6 hərbi qulluqçu - Qarik Hovoyan, Vosdan Petrosyan, Jora Harutunyan, Avedis Hakopyan, Artur Qriqoryan və Harut Avagimyanın prokurorluğa çağırılması tələb olunur.
Xidmət yerindən qaçıb yürüşlərə qoşulan digər erməni hərbçilərin də istintaqa cəlb edilməsi ilə bağlı tədbirlərin görüldüyü də məlum olub.
Qeyd edək ki, Yerevanda keçirilən etiraz aksiyalarında iştirak edən hərbçilərin cinayət məsuliyyətinə cəlb olunub-olunmamaları ilə bağlı iyunun 1-də jurnalistlərin sualını cavablandıran Ermənistan Müdafiə naziri Daviq Tonoyan hərbi qulluqçuların heç bir təqibə məruz qalmayacaqları ilə bağlı yalan vəd verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: