Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 18-də saat 19:00 radələrində İran İslam Respublikasının vətəndaşı Həmadan şəhər sakini, 30 yaşlı Həsən Səyyad Əli Golan oğlu, İran ərazisindən Araz çayı üzərindəki körpü ilə Qarabağ ərazisinə keçib.
Məlumata görə, həmin gün saat 20:00 radələrində o, Hadrut qəsəbəsinin Xudəfərin adlanan ərazisində aşkar edilib.
Alpər Mövludoğlu
Ordu.az