Qarabağda yerli ermənilərlə xüsusi təyinatlılar arasında dava olub - FOTOLAR

2018/06/23423_1527925756.jpg
Oxunub: 1642     15:42     02 İyun 2018    
Qarabağda ermənilərlə təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları arasında dava olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən işğal altında olan Xankəndində təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları ilə yerli ermənilər arasında dava olub.

Bundan sonra etiraz aksiyaları başlayıb. Təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları iş başında olmayıblar. Davaya səbəbin məişət xarakterli hərəkətlərin olduğu bildirilir.

Bundan qəzəblənən etirazçılar, Xankəndindəki küçələrdən birini bağlayaraq, polisdən davaya səbəb olan təhlükəsizlik xidmətinin xüsusi təyinatlılarını həbs etməyi, onların səlahiyyətlərinin alınmasını, o cümlədən bölmənin ləğv edilərək ordu tərkibinə verilməsini tələb ediblər.

Məlumata görə, qarşılıqlı davaya çevrilən hadisə zamanı tərəflər bədən xəsarətləri alıb. Hadisə ilə əlaqəli olan 15 nəfər saxlanılıb.

Qanunsuz rejimdə fəaliyyət göstərən “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan bildirir ki, çox sayda təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları tərəfindən 2 yerli erməni amansızlıqla döyülüb və bu zaman polislər onlara heç bir müdaxilə etməyib, əksinə döyülənləri həbs ediblər.

Hazırda baş vermiş hadisə ilə əlaqədar olaraq araşdırma aparılır.

Xatırladaq ki, bu, xüsusi təyinatlılar tərəfindən yerli ermənilərin döyülməsi, təhqir olunması və ləkələnməsinə dair ilk hal deyil.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Dava  


Bizi "telegram"da izləyin