Paşinyan: “Putinlə Qarabağ münaqişəsi və silah satışını müzakirə etdik”

2018/05/7567_1527661409.jpg
Oxunub: 3654     14:19     30 May 2018    
“Danışıqlar yolu real şəkildə Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək yeganə yoldur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan “Alman Dalğası” nəşrinə müsahibəsində bəyan edib.

Paşinyan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə görüş çərçivəsində də Qarabağ tənzimlənməsindən bəhs edir.

“Qeyd etmək lazımdır ki, münaqişənin sülh yolu ilə həlli həqiqətən həllə gətirə biləcək yeganə yoldur. Heç bir güc həlli yoxdur. Düşünürəm ki, bu yalnız Ermənistanın deyil, həm də Rusiyanın prinsipial mövqeyidir”, - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri həmçinin açıqlayıb ki, Putinlə Rusiyanın Azərbaycanı silahla təchiz etməsinə dair konstruktiv müzakirə aparıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin-Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin