İsgəndər-M raketinin quraşdırılması və sınağından 9 FOTO

2018/05/484848_1525278929.png
Oxunub: 1511     00:42     03 May 2018    
“Business İnsider” Rusiyanın “İsgəndər-M” qısamənzilli ballistik raketinin quraşdırılması və sınaqlarından çəkilmiş 9 fotonu təqdim edib.

Agentlik bildirir ki, mart ayında Rusiyanın rəsmi media orqanı olan TASS bu raketin ən azı 2025-ci ilə qədər analoqsuz olacağını iddia edib.

Bunu təsdiqləyən Rusiya Quru Qoşunlarının rəhbəri polkovnik-general Oleq Salyukov da, digər dövlətlərin 2025-ci ildən daha tez bu raketə bənzər raket hazırlaya bilməyəcəyini bildirib.

Sınaqlarının nəticəsindən danışan rəsmilərdən biri raketlə bağlı hər şeyin qaydasında olduğunu və onun hədəfi dəqiq vurduğunu qeyd edib.

Raket həm də SS-26, “Stone”, “Tender”, 9M720, 9M723 və ya “Skad”ın oğlu (Son of Scud) kimi də tanınır.


Üç müxtəlif versiyası var: “İsgəndər-M”, “Tender”, “İsgəndər-E” (ixrac versiyası)


Uzunluğu təqribən 7,3 metr, eni 0,9 metr, başlığının ağırlığı isə 3,7 kiloqramdır


"İsgəndər"in uçuş məsafəsi təxminən 300-500 kilometrdir. Bu 1987-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə uyğundur


Onun yalnız bir döyüş başlığı var. Bu, yüksək partlayıcı gücə malik, maddələr, mərmilər, nüvə başlıqları ola bilər


O, qısamənzilli ballistik raketdir. Atıldıqdan sonra raketdən döyüş başlığı ayrılmazdan öncə 50 kilometr yüksəkliyə çatır və daha sonra hipersəs sürətlə öz hədəfinə doğru şığıyır


Və budur o yüksəlir...


Daha yuxarı...


Bir az da yuxarı...


Rusiya “İsgəndər” raketini Ermənistan, Əl-Cəzair, güman ki, İran və Suriyaya satıb. Rusiya onu artıq 2017-ci ilin yanvarında Suriyanın Latakiya vilayətindəki bazasına da yerləşdirib

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsgəndər-M   Ballistik-raket  


Bizi "telegram"da izləyin