Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcısının tikintisini həyata keçirən “Huntington Ingalls Industries” şirkəti məlumat yayıb.
Məlumata görə, yeni aviadaşıyıcı artıq 2019-cu ilin 4-cü rübündə suya endiriləcək, 2022-ci ildə isə Amerika donanmasının tərkibinə daxil olacaq.
Bununla belə, şirkət bəhs edilən müddətlərin tezləşdirilə biləcəyini açıqlayıb. Belə ki, artıq gəminin gövdəsinin 75 faizi hazırdır, ümumi hazırlıq isə 40 faiz təşkil edir.
“USS John F. Kennedy” aviadaşıyıcısı “Gerald R. Ford” tipli 10 gəmidən ibarət seriyaya daxildir. Yeni aviadaşıyıcı donanmada 1975-ci ildən istifadə olunan “Nimitz” aviadaşıyıcılarını əvəz edəcək.
Aviadaşıyıcının ümumi uzunluğu 337 metr, maksimal eni 78 metr təşkil edir. Gəmi 90 təyyarə və helikopter üçün nəzərdə tutulub. Yeni aviadaşıyıcının F-35, F/A-18E/F “Super Hornet”, EA-18G “Growler” təyyarələri, həmçinin MH-60R/S helikopterləri ilə təchiz edilməsi planlaşdırılır.
Ağala Qəribov
Ordu.az