Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
“Dumadakı hadisə kimyəvi silahın bütün dünyada istifadəsinə dair sadəcə bir nümunədir. Bu, bizim üçün terror silahı barədə xatırlatmadır. Kimyəvi silah heç bir halda seçim ola bilməz. Sivil dünyada ona yer yoxdur”, - deyə Heyli bildirib.
O qeyd edib ki, əgər ABŞ bu ölümcül tendensiyanın qarşısını almasa, daha bir kimyəvi hücum baş verə bilər.
Ağalar Qəribov
Ordu.az