ABŞ bu gün silah ticarəti üzrə yeni strategiyanı açıqlaya bilər

2018/04/456456_1524119944.jpg
Oxunub: 2213     14:37     19 Aprel 2018    
Bu gün Ağ Ev Birləşmiş Ştatların silah ticarəti üzrə yeni strategiyasını açıqlaya bilər.

Ordu.az “Reutres” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan mənbələr məlumat yayıb.

Yeni strategiyaya əsasən digər ölkələrə silah satışına dair məhdudlaşmalar zəifləndiriləcək.

“Amerikanınkını alın” adlandırılan ABŞ prezidenti Donald Trampın yeni planı daha çox ölkəyə ABŞ-dan müxtəlif növ silah və texnika almağa imkan verəcək.

Xüsusilə döyüş təyyarələri, PUA-lar və artilleriyaya dair məhdudlaşmaların ciddi şəkildə zəifləşdirilməsi gözlənilur.

Qeyd edək ki, son açıqlanan məlumatlara görə, ABŞ-ın dünya silah bazarında ixrac payı 34 faiz təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah-ticarəti  


Bizi "telegram"da izləyin