Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, atəşkəs ümumilikdə 50 dəfə pozulub və bunun nəticəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu yaralanıb.
Separatçılar Donetsk istiqamətində 120 və 82 millimetrlik minaatan, qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan istifadə ediblər.
Luqansk istiqamətində isə 82 millimetrlik minaatan və qumbaraatanlardan istifadə olunub.
Ağalar Qəribov
Ordu.az