Ordu.az “Huffington Post”a istinadən xəbər verir ki, kimyəvi silahlar qərb mediasında müzakirə edildiyindən daha çox istifadə edilib.
“Human Rights Watch” 2013-cü ildən etibarən 85 dəfə kimyəvi silahdan istifadə edildiyini bildirdiyi halda, Suriyadakı Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası 34 belə insidentin baş verdiyini təsdiqləyib.
Bir il əvvəl, 2017-ci ilin aprelində Birləşmiş Ştatlar Aralıq dənizindəki iki esminesdən Suriya ordusunun Xümsdəki aviabazasına 60 “Tomahawk” raketi atdı. O zaman Tramp bunun İdlibdə kimyəvi silahdan istifadə edildiyinə görə edildiyini bildirdi, amma görünür ki, bu Suriya hökumət qüvvələrini dayandıra bilmədi.
2014-cü ilin sentyabrında ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, İŞİD-in Suriyadakı mövqeləri 50 qanadlı raketlə atəşə tutulub. Lakin əvəzində terrorçular 2017-ci ilin iyunundan oktyabrına qədər Rəqqada gedən quru döyüşlərinə qədər ərazi itkisinə məruz qalmadılar.
Bu vaxta qədər 210-a yaxın raketdən hədəf alınan Suriya artıq keçmiş Yuqoslaviyadan sonra ən çox raket zərbəsi endirilən ikinci ölkə olmağa doğru irəliləyir. Lakin o hələ də İraqın arxasındadır. Bu ölkəyə isə ümumilikdə 1600 raket atılıb.
Qanadlı raketlər güc göstərişini xoşlayan bir çox ABŞ mülki və hərbi rəhbərləri tərəfindən sevilən bir şeydir. Bu raketlər təhlükəsiz mövqedən atılır və 1500 mil məsafə uçaraq hədəfi dəqiq vura bilir.
Lakin görünən odur ki, ABŞ-ın qanadlı raket diplomatiyası çox zaman lazımı nəticəni əldə edə bilmir. Ən sonuncu hadisədə isə Trampın tvit vərdişi sayəsində Əsədin qüvvələri bütün zəruri ləvazimat və qalan kimyəvi silah depolarını başqa yerə daşımağa vaxt tapa bildilər.
Ağalar Ağalarlı
Ordu.az