Tereza Meyin artıq müharibə etmə səlahiyyəti var

2018/04/received_2520908871468599_1524075572.png
Oxunub: 3521     02:13     19 Aprel 2018    
Suriya kimyəvi silah imkanlarına birgə 2 baş tutmasından bir neçə gün ötməsinə baxmayaraq Britaniyada Meyin bu qərarı özbaşına verməsi məsələsi hələ də müzakirə edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2013-cü ildə Devid Kemeronun hərbi əməliyyat həyata keçirməklə bağlı parlamentarilərin icazəsini ala bilməməsi institusional problem meydana gətirib.

Belə ki, artıq hökumət belə bir səsvermənin təşkil olunmasına belə meyil göstərmir. Yalnız bundan sonra parlamentarilər hazırkı Baş nazir Tereza Meyə məhdud aktlar üçün səsvermə olmadan da qərar qəbul etmə icazəsi verib.

Bu o deməkdir ki, Mey ölkədə qanunverici və icraedici hakimiyyətlər arasında balansı pozmadan artıq müəyyən miqyasda müharibəyə girməklə bağlı parlamentin icazəsi olmadan da qərar qəbul edə biləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Tereza-Mey  


Bizi "telegram"da izləyin