Ordu.az Kant.kg nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə və aerokosmik sənaye naziri Bəybuta Atamkulov bəyan edib.
Onun sözlərinə görə, artıq 2018-ci il çərçivəsində raketin texniki-iqtisadi əsaslandırılması həyata keçiriləcək, 2019-cu ildə layihə təsdiqlənəcək, 2020-ci ildə isə “Bayterek”ə çevriləcək “Zenit” başlanğıc meydançasının təmirinə başlanacaq.
“2022-ci ildə artıq bütöv sistemi modernləşdirməliyik. Buraya həm mexaniki, həm də elektron hissə aiddir”, - deyə Atamkulov bildirib.
Ağalar Qəribov
Ordu.az