Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi Dəniz Donanmasının maraqları daxilində donanmanın “Tula” layihəsinin strateji təyinatlı kreyseri təmir olunaraq heyətə qəbul edildi. Həmçinin üç gəmi və donanmaya yardımçı təminatçı gəmi, iki helikopter, 46 ədəd “Kalibr” raketi və sualtı atom kreyseri donanmaya qəbul olunub”, - deyə məlumatda bildirilir.
O cümlədən 23120 “Elbrus” layihəsinin arxa cəbhə təminatçı gəmisinin donanmaya qəbul edildiyi bildirilir.
Ağalar Qəribov
Ordu.az