Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İranın Quru Qoşunlarının komandiri general Kiomaris Heydəri danışıb.
Xatırladaq ki, bu gün Tehranda Ordu Günü ilə əlaqədar hərbi parad baş tutub. Parad zamanı izləyicilər İranın yeni qısamənzilli “Şəfəq” raketinə də tamaşa ediblər
Paradda çıxış edən Heydəri öncələri 4 kilometr mənzilə sahib bu raketlərin artıq 12 kilometr məsafəni dəqiq vurmağa qadir olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Şəfəq” qısamənzilli döyüş zonalarında yüksək effektivliyə malikdir.
Ağalar Ağalarlı
Ordu.az