Britaniya HHQ-nin “Dambuster” eskadronu F-35-lərlə əvəzlənəcək

2018/04/20180418_193746_1524065883.jpg
Oxunub: 3307     23:33     18 Aprel 2018    
Britaniya Kral Hərbi Hava Qüvvələrinin əfsanəvi 617-ci eskadronu F-35 “Lightining II” qırıcı təyyarələri ilə yenilənəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə naziri Qavin Uilyamson bildirib.

Kral HHQ-nin yüz illiyi ilə bağlı tədbirlərə qatılan Uilyamson yeni qırıcıların dünyanın ən qabaqcıl təyyarələri olduğunu və yeni eskadronun ölkənin təhlükəsizliyinin təminatını gücləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, 617-ci eskadron İkinci Dünya Müharibəsi dövründə Rur vadisinin bombardmanı əməliyyatı üçün formalaşdırılıb. O, həmin əməliyyatlarda önəmli rol oynayan “Dambusters”lərlə məşhurlaşıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Dambuster  


Bizi "telegram"da izləyin