“Lockheed Martin” Hindistanın yerli şirkəti “Tata Advanced Systems Limited”lə birlikdə irəli sürdüyü ortaq təşəbbüs çərçivəsində Hindistanda yeni zavodun açılışını edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Heydərabadda tikilən zavodun ümumi genişliyi 4700 kvadratmetrdir.
Məlumata görə, zavod Baş nazirin “Hindistanda hazırla” şüarı çərçivəsində Hindistan Müdafiə sənayesinə dəstək vermək məqsədilə tikilib. Burada “Lockheed” aerokosmos sənayesi ilə bağlı texnologiyalarını yerli şirkətə ötürəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Lockheed-Martin
Tata
Hindistan