ABŞ PUA-sı Qara dəniz üzərində kəşfiyyat aparıb

2018/04/567567_1524055553.jpg
Oxunub: 2977     20:44     18 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin RQ-4B “Global Hawk” strateji PUA-sı Qara dəniz üzərində uçuş həyata keçirib.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qərb aviasiya resursları məlumat yayıb.

Məlumata görə, İtaliyanın Siciliya adasında yerləşən Siqonella aviabazasından havaya qalxan 10-2043 göyərtə nömrəli PUA Faros rayonunda Krımın 50 kilometrliyinə yönəlib.

PUA daha sonra Ukraynanın daxili istiqamətlərinə yönəlib və az sonra Krasnodar diyarı və Novorosiysk rayonuna 40-45 kilometr yaxınlaşıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Qara-dəniz  


Bizi "telegram"da izləyin